
Yanmar 1912-ci ildə Maqoviçi Yamaoka tərəfindən Osakada (Yaponiya) təsis edilmişdir.
Şirkət dizel mühərrikləri üzrə ixtisaslaşmaqla yanaşı yüngül balıqçı qayıqları, gəmilər üçün korpus, traktor, kombayn, düyü əkən maşınlar, qaz istilik nasosları, qar təmizləyiciləri, konveyerlər, torpaq frezləri, mini-ekskavatorlar, portativ dizel generatorları, moto-yolsuzluq maşınları və ağır köməkçi maşınlar istehsal edir. Fəaliyyətə başladığı 1912-ci ildən 1930-cu illərin əvvəlində kiçik dizel mühərriklərinin istehsalına start verənə qədər Yanmar benzin mühərriklərinin istehsalı ilə məşğul idi.
Yanmar "John Deere" markalı traktorları və "Thermo King Corporation" şirkətinin istehsalı olan, soyuduculu yük maşınları və qoşqularda istifadə edilən soyuducular üçün mühərrik istehsal edir. Son 20 il ərzində şirkət həmçinin yerli Yaponiya bazarında və dünyanın digər regionlarında pilotsuz uçuş aparatları sahəsində mövcudluğunu genişləndirmişdir. Bu PUA-lar əsas etibarı ilə kənd təsərrüfatında çiləyici qismində və digər uçuşla bağlı funksiyaların yerinə yetirilməsində istifadə olunur.
Ucsuz-bucaqsız sahələrdən tutmuş okeanlara və qlobal əhəmiyyətli şəhərlərə qədər Yanmar insanın yaşayışına aidiyyəti olan bütün sahələrdə aktiv iştirak edir. Şirkət bütün bu sahələrdə tətbiq etdiyi texnologiyalara əsaslanan gücü sayəsində etibarlı və effektiv tərəfdaş kimi nüfuz qazanmışdır.
Biz, innovativ və çoxtərəfli həllər təklif edərək öz müştərilərimiz və icmamız üçün sərvət və yeni dəyər yaradırıq.
Yanmar uzun illər ərzində istehsalını və satışını həyata keçirdiyi kənd təsərrüfatı maşınları ilə əsas ərzaq istehsalı sahələrinə dəstək vermişdir. İndi isə biz, bol və yüksək keyfiyyətli ərzaq məhsulları kimi gözəl nemətlərin bəxş olunduğu cəmiyyətin formalaşdırılması məqsədi ilə artıq sadəcə "kənd təsərrüfatı" anlayışı ilə kifayətlənməyərək "qida dəyəri yaradan zəncirə" çevrilmişik. Biz, yüksək istismar göstəricilərinə malik avadanlıqdan tutmuş informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəyə qədər ərzaq məhsullarına aidiyyəti olan bir çox sahədə fəaliyyətimizi inkişaf etdirməklə yanaşı kənd təsərrüfatın üzrə idarəetmə dəstəyi göstərir, daha dəyərli inqrediyentlər təklif edir və daha stabil ərzaq təminatını təmin edirik.

Digər tərəfdən biz, misilsiz istismar göstəricilərinə və etibarlılığa malik təhlükəsiz və rahat naviqasiyanı təmin edən, eyni zamanda ətraf mühit ilə ahəngli şəkildə işləyən gəmi mühərrikləri / güc qurğuları işləyib hazırlayırıq. Bundan başqa, Yanmar kənd təsərrüfatı texnologiyalarının və əlaqədar dənizçilik avadanlığının işlənib hazırlanmasına, müvafiq texniki dəstəyin göstərilməsinə davam edir. Məqsədimiz gəmiçilik və balıqçılıq kimi müasir həyat tərzinin əsaslarını dəstəkləyən sənaye sahələrindən tutmuş gəzinti katerlərinə qədər bütün sahələrdə bəşəriyyətlə dənizin birgə mövcudluğunu ideal səviyyəyə çatdırmaqdır.
