+994516428285                    
sdmo
SDMO Brest şəhərində (Fransa) fəaliyyət göstərən və generator aqreqatlarının istehsalında ixtisaslaşmış fransız şirkətidir. O, Avropa bazarının aparıcı generator aqreqatlarından biri olmaqla yanaşı dünyanın bu sahədə fəaliyyət göstərən 3 ən böyük şirkətindən biridir. Hal-hazırda SDMO istehsal etdiyi məhsulları öz diler şəbəkəsi vasitəsi ilə dünyanın 180-dən çox ölkəsində satır.
Ümumilikdə şirkətin istehsal təsislərində 850 işçi fəaliyyət göstərir ki, onların da əksəriyyəti Fransanın Brest şəhərindədir. SDMO-nun satışlarının ümumi həcminin 70 faizi ixrac bazarının payına düşür.
Məhsulların standart nomenklatura sırasını müxtəlif sifarişçilərin ehtiyaclarının yerinə yetirilməsi üçün və müxtəlif sahələrdə istifadə üçün nəzərdə tutulmuş növbəti generator sistemləri formalaşdırır:
  • Əhalinin istehlakı və peşəkar tikinti şirkətləri üçün azgüclü generator aqreqatları, qaynaq aqreqatları və elektrik nasosları.
  • Fərdi ev təsərrüfatları və kiçik çoxmənzilli binalar üçün ehtiyat güc mənbəyi kimi istifadə edilən generator aqreqatları.
  • Gücü orta güclüdən yüksək güclüyə qədər dəyişən, konfiqurasiyası dəyişdirilə bilən standart generator aqreqatları. Bu aqreqatlar əsas və ya ehtiyat güc mənbəyi kimi istifadə edilir. Əsas etibarı ilə ticarət mərkəzləri, verilənlərin toplanması və emalı mərkəzləri, dəniz platformaları, telekommunikasiya qurğuları v s. üçün nəzərdə tutulmuşdur.
  • Generatorları icarəyə verən şirkətlər üçün generator aqreqatları.
0,9 – 3300 kVt arası gücü olan standart məhsul çeşidlərindən başqa SDMO xüsusi sifarişlə generator sistemlərinin layihələndirilməsi, texniki təlim və elektrotexnika sahəsində təlim kimi xidmətlər də göstərir.
Qabaqcıl texnologiyalarla və effektivliyin kombinasiyası
SDMO Industries” şirkəti standart məhsul nomenklaturasına daxil olan, gücü 1 kVt ilə 3300 kVt arasında dəyişən generator aqreqatlarının layihələndirilməsini, istehsalını və quraşdırılmasını məhz yüksək texnologiyaların tətbiq edildiyi zavodu və təcrübə-konstruktor şöbəsi sayəsində həyata keçirə bilir.
Bundan başqa, “SDMO Industries” özünün mühəndisi texniki təcrübəsini praktikada tətbiq edərək xüsusi sifarişə uyğun güc qurğularının layihələndirilməsi, habelə məhsullarına və göstərdiyi xidmətlərə əlavə dəyər qatmaq üçün təlim, satışdan sonra servis xidməti və ehtiyat hissələrinin təmin edilməsi ilə məşğul olur.  Sifarişçinin hansı gücdə və ya hansı məqsədlə generator aqreqatına ehtiyacı olur-olsun, ISO 9001 sertifikatı sayəsində keyfiyyətlə bağlı tələblərin yerinə yetirilməsi, habelə bütün məhsulların vaxtında təhvil verilməsi və yüksək texniki xarakteristikalara malik olması təmin edilir.
SDMO
  Bu zəngin texnoloji təcrübənin ən yüksək texnologiyaların tətbiq edildiyi istehsal prosesi ilə kombinasiyası “SDMO industries” şirkətinin bütün məhsulların, o cümlədən həssas sektorlarda istifadə üçün nəzərdə tutulmuş məhsulların layihələndirilmə mərhələsini ustalıqla reallaşdırmasına imkan verir. Şirkətin müştəri məmnuniyyətini təmin etməkdə qərarlı olan işçiləri müştərilərin ehtiyaclarının dəqiq müəyyən olunması, mövcud məhdudiyyətlərin qiymətləndirilməsi, fərdi sifarişlərə əsasən montaj, risklərin qiymətləndirilməsi, müştərilərlə əks əlaqə və fasiləsiz təkmilləşdirmə prosesinin təşviq edilməsi yolu ilə xidmətlərin ən yüksək səviyyədə göstərilməsinə çalışır.
Kohler-SDMO ehtiyat hissələri üçün bizimlə əlaqə saxlayın.
Genparts saytı generatorların,dizel mühərriklərin, mühərriklərin, avtomaşınların, yol-tikinti texnikalarının, xüsusi texnikaların və onlara məxsus ehtiyat hissələrin satışını təşkil edir. Saytda müxtəlif növdə ehtiyat hissələrinin adları, nömrələri və şəkilləri verilmişdir. Siz saytdan istifadə  zamanı və ya Sayta daxil olmaqla öyrənilmiş hər hansı məlumatıi və ya mövcud xidmətlərdən hər hansı birini istifadə edə, dəyişə, şəkilini dəyişdirə, nümayiş etdirə, paylaşa, patentləşdirə, ötürə, sata, nəşr edə, köçürə, kommersiya məqsədləri üçün Saytdan və ya Xidmətlərdən hər hansı materialın sürətini çıxara, hər hansı müəllif hüququnu, ticarət nişanını və yaxud orijinal materialda və ya Xidmətlərin nəticəsində əldə edilmiş və ya Saytdan köçürülmüş və ya çap edilmiş materiallarda mövcud digər intellektual mülkiyyət göstəricilərini ortadan qaldıra, qaralaya və ya dəyişdirə bilmərsiniz. İntellektual mülkiyyət hüququnu pozan, hədə, böhtan, pornoqrafik xarakter daşıyan, yoxlanılmamış, yanlışlığa sövq edən, təhqiramiz, nalayiq, skandal, təhrikçi, hörmətsiz materialların və ya Azərbaycan Respublikasının qanunvericiliyini pozan və qanunsuz olan davranışa səbəb olan və yaxud təhrik edən bu kimi başqa materialların yerləşdirilməsi və ya verilməsi üçün Saytdan istifadə etmək qadağandır!

Genparts.az © 2024 All Rights Reserved.