+994516428285                    
PERKINS
“Perkins” brendi haqqında hər şey
“Perkins” özünün 85 ildən çox müddəti əhatə edən fəaliyyəti nəticəsində bu gün dünyanın aparıcı dizel və qaz mühərriki istehsalçılarından birinə çevrilmişdir. Biz, innovativ və etibarlı enerji sistemlərinin ən geniş əhatəli, müştərilərimizin ehtiyaclarının dəqiqliklə yerinə yetirilməsini təmin edən çeşidini yaratmaqla mükəmməl mühəndislik işinin standartlarını müəyyən etməyə çalışırıq.
Yalnız öz işçilərimizin deyil, fəaliyyət göstərdiyimiz icmaların həyat şəraitini yaxşılaşdıraraq sosial məsuliyyətli şirkət imicini qazanmağımız bizim üçün qürur mənbəyidir.
Perkins” şirkətinin fəaliyyət konsepsiyasının ifadə edildiyi sənəddə bizim işgüzar fəaliyyət fəlsəfəmiz haqqında deyilir:  “Biz, müştərilərimizi və distributorları etibarlı və yüksək rəqabət potensialına malik sənaye təyinatlı enerji təchizatı sistemi ilə təchiz edərək onlar üçün dəyər yaradırıq.”
Enerji təchizatı sistemlərinin ən ideal assortimenti
Bizim fəaliyyətimiz həmişə istisnasız olaraq mühərriklərin layihələndirilməsi və istehsalı ətrafında cəmləşmişdir. Bu gün gücü  4 kVt ilə 2000 kVt (5 – 2800 at gücü) arasında dəyişən məhsullarımızın   çeşidləri kənd təsərrüfatı, tikinti, sənaye, elektrik enerjisi hasilatı və materialların daşınması kimi sahələri əhatə edir.
“İstehsal etdiyimiz və texniki xidmət göstərdiyimiz məhsulların ən yüksək standartlara uyğunluğu prinsipinə sadiqliyimiz sizin məmnuniyyətinizin zəmanətidir və həmişə də belə olmuşdur.”
Ramin Younessi, “Perkins” şirkətinin baş icraçı direktoru
“Perkins” şirkətinin yüksək məhsuldarlığı, maliyyətinin aşağı olması ilə fərqlənən  sənaye təyinatlı mühərriklərin çeşidləri kompakt ölçülü, “400” seriyasına aid 50 kVt-lıq (67 a.g.) mühərriklərdən “1200” seriyasının 240 kVt-lıq (320 a.g.) mühərriklərinə qədər geniş diapazonu əhatə edir
Şirkətin “4000” seriyasından olan, elektrik enerjisi hasil etmək üçün istifadə edilən dizel və qaz mühərriklərinin çıxış gücü 2500 kVt-a (2000 kVt elektrik enerjisi) qədərdir.
Bütün mühərrik çeşidləri 800-dən çox tətbiq sahəsində atmosfer tullantıları və texniki xarakteristikalarla bağlı qüvvədə olan standartlara, tələblərə cavab verir.  Hər bir seriya avadanlıq istehsalçılarının konkret fərdi ehtiyaclarına uyğunlaşdırıla bilər.
Bəzən müştərinin ehtiyaclarına dəqiq uyğunlaşdırıla bilən texnologiyalar mütləq zərurətə çevrilir.
Mövqeyimiz
Müştərilər “Perkins”in bütün fəaliyyətinin məğzidir.
Biz, sizə lazım olan mühərrikləri yaradırıq, konkret ehtiyaclarınızı başa düşə bilmək üçün diqqətlə sizə qulaq asırıq.
Sonra unikal texnoloji inteqrasiya sexlərimizdə sizinlə birlikdə mühərrikin sizin qurğunuza ən yaxşı necə inteqrasiya oluna biləcəyini müəyyən etməyə çalışırıq. Bu, vaxta və pula qənaət etməklə yanaşı ən funksional, etibarlı və optimal komplektlərin yaradılmasını mümkün edir.
Müştərilərlə yaxın əlaqələr bizim gördüyümüz hər işdə dürüstlük, sədaqət, prinsipiallıq, ustalıq, komanda işi və dayanıqlılıq kimi işgüzar dəyərlərə əsaslanan ən yüksək beynəlxalq standartları rəhbər tutmağımızı əks etdirir.
Keyfiyyətli insanların yaratdığı keyfiyyətli məhsullar.
Dünya bazarlarındakı mövqeyimiz
“Perkins” və onun xüsusi hazırlıq keçmiş 100 distributordan ibarət satış şəbəkəsi mühərriklərin mövcud ehtiyaclara dəqiq uyğunlaşdırılması və satışdan sonra servis xidməti ilə əlaqədar olaraq orijinal avadanlıq istehsalçıları ilə birgə işləyir.
Həmin yerli distributorlar vasitəsi ilə istismar şəraiti, atmosfer tullantıları üzrə standartlar və digər məsələlərlə bağlı yerli kontekst haqqında ətraflı məlumat toplamaq mümkün olur. Onlar müştərilərə  “Perkins”in və ya özlərinin yüksək ixtisaslı mühəndis və texniklərinin xidmətlərini təklif edir.
Başqa sözlə, müştərilər bütün hallarda yüksək bacarıqlı, ən yeni informasiya ilə “silahlanmış”, “Perkins”in işgüzar dəyərlərinə sadiq olan peşəkarların xidmətindən yararlanmaq imkanı əldə edir.
1997-ci ilin dekabrından “Perkins” dünyanın ən böyük dizel mühərriki istehsalçısı olan “Caterpillar” şirkətinə daxil edilmişdir. Bu, bizi mühəndis texnologiyalarının avanqardında gedən qlobal şirkətə çevirmişdir.
Regional mərkəzlər və satış mərkəzləri
“Perkins”in dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən səkkiz irimiqyaslı regional mərkəzi Şimali və Cənubi Amerika, Hindistan, Çin, Yaponiya, Avropa və Sinqapurda orijinal avadanlıq istehsalçılarına, distributorlara və son istifadəçilərə yönəlmiş satış, servis və marketinq xidmətləri göstərir. Müştəri harada olur-olsun biz yerli biliklərdən və təcrübədən istifadə edir, yerli fəaliyyət prinsiplərini rəhbər tuturuq.
Regional mərkəzlərimiz növbəti şəhərlərdə yerləşir:
San-Paulu, Braziliya
Mosvil, İllinoys, ABŞ
Tokio, Yaponiya
Seqin, Texas, ABŞ
Şanxay, Çin
Sinqapur
Banqalor, Hindistan
Piterboro, Böyük Britaniya
Əksər müştərilər və distributorlar üçün regional ofislər “Perkins”in simasıdır. İşçilərimiz regiondakı yerli konteksti bilir və orada işgüzar fəaliyyətin həm hansı imkanlar, həm də hansı çətinliklər yaratdığından yaxşı xəbərdardır.
Onlar sizin dilinizdə danışır və sizin bazarı yaxşı tanıyır.
Başqa sözlə, biz nə ediriksə sizin üçün edirik.  Distributor tərəfdaşlarımızla və istehsal müəssisələrimizlə yaxından əməkdaşlıq şəraitində işləyərək onlar məhz “Perkins”dən gözlədiyiniz məhsulları, xidmətləri əldə etməyinizə çalışır.
Nəyə ehtiyacınız varsa, biz ona uyğun mühərrik təklif edə bilərik.
“Perkins” bütün sahələrdə tətbiq edilə biləcək çox geniş çeşiddə məhsullar istehsal edir. Kiçik mühərriklərdən iri və güclü mühərriklərə qədər bütün məhsullarımız yüksək texniki xarakteristikalara malik olmaqla yanaşı yanacağa və istismar, texniki xidmət xərclərinə qənaət etməyə imkan verir.  Biz, dünyada atmosfer tullantıları ilə bağlı qüvvədə olan ən ciddi standartlara uyğun, optimal yanacaq sərf edən aqreqat kimi istifadə edilə biləcək mühərriklər təklif edirik. “Perkins” sizi həm dizel, həm də qaz yanacağı ilə işləyən mühərriklərlə təchiz edə bilər.
naye təyinatlı məhsullar
Sənaye təyinatlı mühərriklərimiz 85 illik fəaliyyət ərzində qazandığımız mükəmməl mühəndislik bacarıqlarının məhsuludur. “Perkins”in bütün dünyanı “hərəkət etdirən”  sənaye təyinatlı mühərriklərinin istifadə edildiyi mexanizmlərin siyahısı çox genişdir. Onlara misal olaraq traktorları, teleskopik oxlu yükləyiciləri, qaldırıcı mexanizmli təmir platformalarını, ekskavatorları və kompressorları göstərmək olar. Bizim istehsal etdiyimiz sənaye təyinatlı mühərriklər kompakt formalı olub yüksək energetik sıxlığa malikdir və istismar müddəti boyunca çəkilən xərclərin aşağı olması ilə fərqlənir.
Elektrik enerjisi
Elektrik enerjisi hasil edən mühərriklərimiz ən əlverişsiz mühitlərdə və ən çətin şəraitdə istismar edilə bilər. Əsas və ya ehtiyat elektrik enerjisi mənbəyi kimi istifadə edilən bu mühərriklər dərhal işə düşür və minlərlə saat ərzində dayanmadan işləyir.
Dəniz nəqliyyatı
Dəniz nəqliyyatında istifadə üçün təklif etdiyimiz mühərriklər ticarət gəmilərini, gəzinti gəmilərini hərəkət etdirir və onların göyərtəsində elektrik enerjisi hasil edən köməkçi qurğu funksiyasını yerinə yetirir.
Onlar dəniz nəqliyyatı sahəsindəki müştərilərimizin tələb etdiyi kimi istismar xərclərinin aşağı olması, etibarlı güc hasilatı, dayanıqlılıqları, küyün və atmosfer tullantılarının aşağı səviyyəsi ilə xarakterizə olunur.
Dəniz nəqliyyatı vasitələri üçün nəzərdə tutulan modellərimiz optimal yanacaq sərf edən mühərriklərdən Gəzinti gəmiləri haqqında direktiv (ing. Recreational Craft Directive və ya RCD),  Reyn çayında naviqasiya üzrə Mərkəzi Komissiyanın (ing. Central Commission for Navigation on the Rhine və ya CCNR) standartları,  Ticarət gəmiləri haqqında direktiv (EU97/68/EC Stage IIIA), ABŞ-ın Ətraf Mühitin Mühafizəsi üzrə Federal Agentliyinin 2-ci və 3-cü dərəcəli standartları, habelə Beynəlxalq Dəniz Təşkilatının normativ sənədləri kimi qüvvədə olan başlıca standartlara uyğun mühərriklərə qədər dəyişir.
Genparts saytı generatorların,dizel mühərriklərin, mühərriklərin, avtomaşınların, yol-tikinti texnikalarının, xüsusi texnikaların və onlara məxsus ehtiyat hissələrin satışını təşkil edir. Saytda müxtəlif növdə ehtiyat hissələrinin adları, nömrələri və şəkilləri verilmişdir. Siz saytdan istifadə  zamanı və ya Sayta daxil olmaqla öyrənilmiş hər hansı məlumatıi və ya mövcud xidmətlərdən hər hansı birini istifadə edə, dəyişə, şəkilini dəyişdirə, nümayiş etdirə, paylaşa, patentləşdirə, ötürə, sata, nəşr edə, köçürə, kommersiya məqsədləri üçün Saytdan və ya Xidmətlərdən hər hansı materialın sürətini çıxara, hər hansı müəllif hüququnu, ticarət nişanını və yaxud orijinal materialda və ya Xidmətlərin nəticəsində əldə edilmiş və ya Saytdan köçürülmüş və ya çap edilmiş materiallarda mövcud digər intellektual mülkiyyət göstəricilərini ortadan qaldıra, qaralaya və ya dəyişdirə bilmərsiniz. İntellektual mülkiyyət hüququnu pozan, hədə, böhtan, pornoqrafik xarakter daşıyan, yoxlanılmamış, yanlışlığa sövq edən, təhqiramiz, nalayiq, skandal, təhrikçi, hörmətsiz materialların və ya Azərbaycan Respublikasının qanunvericiliyini pozan və qanunsuz olan davranışa səbəb olan və yaxud təhrik edən bu kimi başqa materialların yerləşdirilməsi və ya verilməsi üçün Saytdan istifadə etmək qadağandır!

Genparts.az © 2024 All Rights Reserved.