
Kubota engines brendi Kubota Corporation şirkətinin istehsal etdiyi dizel və qığılcımla alışdırılan mühərrikləri əhatə edir. Şirkət qığılcımla alışdırılan benzin mühərriklərindən başqa iki yanacaqlı mühərriklərin, mayeləşdirilmiş neft qazı və təbii qazla işləyən mühərriklərin də istehsalını həyata keçirir. Bu mühərriklərdən müxtəlif formalarda, o cümlədən kənd təsərrüfatı avadanlığında, tikinti texnikasında, generator dəstlərində, traktorlarda və gəmilərin güc qurğularında istifadə olunur.
Gəmilər üçün güc qurğuları istehsal edən beynəlxalq "Beta Marine" şirkəti müxtəlif ölçülü içməli su sistemlərində və dəniz gəmilərində Kubota mühərriklərinin müxtəlif növlərindən istifadə edir.
Kubota bu günə qədər bir silindrlilərdən tutmuş altı silindrli bir cərgəlilərə, habelə kiçicik 0,276 litr həcmində Kubota OC60-E modelindən tutmuş 6,1 litr həcmli böyük V6108-CR-TI modelinə qədər geniş çeşiddə mühərriklər, o cümlədən benzin, iki yanacaqlı, mayeləşdirilmiş neft qazı ilə işləyən mühərriklər istehsal etmişdir. Şirkət öz mühərriklərinə ad qoymaq üçün sadə sistemdən istifadə edir.

Kubota həm birbaşa çiləmə prinsipi ilə işləyən, həm də ön kameralı dizel mühərrikləri istehsal edir. Ön kameralı sistemlərində Kubotanın patentləşdirilmiş TVCS (Three Vortex Combustion System - Üç burulğanlı yanma sistemi) sistemi kürə formasındakı kamerada (burulğan kamerasında) yüksək intensivliyə malik üç hava axınının (burulğanın) yaradılması yolu ilə hava-yanacaq qarışığının optimal tərkibinin əldə olunmasına imkan verir. Yeni TVCS sistemində burulğan kamerasında işçi hava kütləsinin sıxlaşdırılması və işlənmiş qazın rəvan şəkildə xaric olunması üçün porşenin başında konusvari çöküklük yaradılmışdır. Yeni növ TVCS mexanizminə əsaslanan E-TVCS sistemi atmosfer tullantılarının ciddi dərəcədə azaldılması məqsədini güdür. Çiləmə ucluğunun en kəsiyi ilə porşenin başındakı konusvari çöküklük arasında daha yaxşı uzlaşmanın təmin edilməsi sayəsində E-TVCS sistemi atmosferə xeyli az qurum, karbohidrogen və karbon qazı buraxır. Çiləyici nasos və ucluq ilə yanma kamerası arasında uzlaşmanın daha yaxşı olması azot oksidlərindən ibarət atmosfer tullantılarının miqdarını azaltmağa imkan verir.
Birbaşa çiləmə prinsipi ilə işləyən mühərriklər üçün isə Kubota bir neçə fərqli sistem işləyib hazırlamışdır: bir silindr üçün iki klapandan istifadə olunan ənənəvi birbaşa çiləmə sisteminə malik və bir silindr üçün 3-4 klapandan istifadə olunan E-CDİS sistemli mühərriklər sırasından tutmuş birbaşa çiləmənin ümumi magistralı sisteminə (Common-Rail Direct Injection System) malik, atmosfer tullantıları üzrə ən yeni normativlərin tələblərini yerinə yetirməyə imkan verən yeni Kubota dizel mühərriklərinə qədər. Ümumi çiləmə magistralına malik birbaşa çiləmə mühərrikləri dizel oksidləşdirici katalizatorlarla (DOC) və ya həm DOC katalizatorları, həm də dizel qurumu süzgəclər (DPF) təchiz oluna bilər.

Kubota istehsalı olan kombaynlar və çəltik maşınları Yaponiyada düyü əkininin və biçiminin, yəni düyü əkinçiliyinin ən böyük əmək tutumlu proseslərinin mexanizasiyasını həyata keçirməyə imkan verərək əmək sərfini azaltmış, eyni zamanda həmin proseslərin effektivliyini artırmışdır. Düyü əkinçiliyinin mexanizasiyasının Asiyada getdikdə daha geniş vüsət almasını diqqət mərkəzində saxlayan Kubota Yaponiya hüdudlarından xaricdəki müştərilər üçün həllər işləyib hazırlamaq məqsədi ilə özünün əkinçiliyin mexanizasiyası üzrə təkmilləşdirilmiş texnologiyalarını tətbiq edir. Kubota 50 ildən artıqdır ki, kombaynlar və düyü əkən maşınlar istehsal edir. Bu sahə üzrə ixtisaslaşmış bir şirkət kimi Kubota düyü istehsalının həcmini mümkün olan ən yüksək səviyyəyə çatdırmaqda çox sayda fermerə köməklik göstərmək məqsədi ilə onlara etibarlı və özünü doğrultmuş texnologiyalar təklif edir.
MÜHƏRRİKLƏR
Kubota "Avro 5" ekoloji standartının tələblərini yerinə yetirməyə imkan verəcək bu yeni, silindrin işçi həcmi böyük sənaye dizel mühərriklərinin işlənib hazırlanmasına start vermişdir. "Kubota yüksək istismar göstəricilərinə və dayanıqlılığa nail olmaq üçün özünün bütün mühərriklərinə ən qabaqcıl dizayn həllərini inteqrasiya etməyə çalışır və S7509 modeli bu baxımdan istisna təşkil etmir." — Tomokazu Matsuşita, "Kubota Engine America" şirkətinin prezidenti. Tomokazu Matsuşita sözlərinə belə davam edir: "S7509 09 seriyasının daha da genişləndirir. Kubota 300 at gücünə malik mühərriklərin bir nömrəli təchizatçısına çevrilməyi qarşısına məqsəd qoymuşdur."
7.5 litr həcmli, 6 silindrli bu kompakt mühərrik özünün optimallaşdırılmış birbaşa çiləməli yanma sistemi sayəsində az yanacaq işlədir. O, nazim çarx və ventilyator tərəfində güc götürmənin 100% səviyyəsinə çatdırılmasına, habelə orijinal avadanlıq istehsalçılarından əldə edilən detalların qoşula bilməsi üçün münasib nazim çarx yuvasının və nazim çarxın seçilməsinə imkan verir. Sorma tərəfindəki güc götürmə qutusuna əlavə olaraq işlənmiş qazın xaric edildiyi tərəfdəki köməkçi güc götürmə qutusu bir və ya iki hidravlik nasosun qoşulmasına imkan verir ki, bu da S7509 mühərrikinin müxtəlif məqsədlərlə istifadə imkanlarını xeyli genişləndirir. Mühərrik həm də birtərəfli texniki xidmətin, təmir işlərinin həyata keçirilməsinə imkan verir və qayışın avtomatik gərilməsinə imkan verən qurğuya malikdir. S7509 mühərrikinin kütləvi istehsalına 2023-cü ildə start veriləcəkdir.
"Kubota Engine America" hal-hazırda özünün yeni mikro-hibrid sisteminin prototipini modernləşdirməyə çalışır. O, həmin sistemin debütünü Şimali Amerikada keçiriləcək <<ConExpo 2020>> sərgisində edəcək. Kubotanın mikro-hibrid sistemi yüklənmənin pik hədlərində dərhal mühərrikin gücünə 10 kilovata qədər əlavə dəstək verəcək şəkildə layihələndirilmişdir. Bu ani moment ən həlledici vaxtda mühərrikin effektivliyini artırmaqla yanaşı, işə düşmədiyi vaxtlarda akkumulyator batareyasını bərpa edir və doldurur. Kubota bu konsepti ilk dəfə 2018-ci ilin aprel ayında Fransada keçirilmiş <<İntermat>> sərgisində nümayiş etdirmişdir. 2019-cu ildə <<Bauma>>da Kubota sistemin çəngəlli yükləyici quraşdırılmış prototipini göstərmişdir. Mikro-hibrid sistemi ilk mərhələdə 1,8 litr həcmli mühərriklə təchiz olunurdu. Hal-hazırda isə o, 3,3 litr həcmə malik mühərriklə təqdim edilir. Sabit cərəyanı sabit cərəyana çevirən qurğu (DC-DC) və 48 voltluq litium ion akkumulyatoru kimi əsas periferik tərkib hissələri də gücləndirilmişdir.
GENERATORLAR
Kubota istehsalı olan "LOWBOY" generatorlarının hündürlüyü mümkün olan ən aşağı səviyyədədir. Şirkət bu generatorlarda özünün "SUPER MINI" mühərriklərindən istifadə edir. Digərləri ilə müqayisədə çəkisi az olmaqla yanaşı "LOWBOY" generatorlarının quraşdırılması üçün az yer tələb olunur. Onların tətbiq sahəsi də daha genişdir.
EHTİYAT HİSSƏLƏRİ VƏ SERVİS XİDMƏTİ
Siz, Kubota istehsalı olan sənaye mühərriklərinin istismar göstəricilərinin ən ağır istismar şəraitində belə yüksək səviyyədə qalacağından əmin ola bilərsiniz. Mühərrikləri qorumaq üçün orijinal Kubota süzgəclərindən istifadə edin.
Bugünkü yüksək texnologiyalı yanacaq sistemlərinin yüksək səviyyədə mühafizəsi
Daxili korroziyaya qarşı qoruma
Filtrasiya sahəsinin daha böyük olması
Etibarlı konstruksiya
Xüsusi olaraq sizin Kubota mühərriki üçün layihələndirilmişdir
Yaxşı qorunan və işə daima hazır
