+994516428285                    
John Deere
John Deere ABŞ-ın kənd təsərrüfatı, tikinti və meşə təsərrüfatı texnikası, dizel mühərrikləri, ağır texnika üçün güc ötürücü sistemlər (avtomobillərin körpü tirləri, ötürücülər, sürət qutuları), habelə qazonlara qulluq üçün texnika istehsal edən “Deere & Company” şirkətinə məxsus brend adıdır. 2018-ci ildə şirkət ABŞ-da “Fortune 500” siyahısında 102-ci yeri  [3], qlobal reytinq siyahısında isə 394-cü yeri tutmuşdur. “Deere & Company” şirkəti həmçinin maliyyə xidmətləri göstərir və bununla bağlı digər fəaliyyət növləri ilə məşğul olur.
“Deere & Company” şirkəti Nyu York Fond Birjasında “DE” simvolu ilə qeydə alınmışdır. Şirkətin şüarı belədir: “Heç nə Deere kimi qaça bilmir” (burada Deere ingilis dilində maral mənasına gələn “deer” sözünü xatırladır.). Loqotipində isə altında “JOHN DEERE” yazılmış sıçrayan maral təsviri verilir. Fəaliyyət göstərdiyi 155 il ərzində şirkət sıçrayan maral təsviri ehtiva edən müxtəlif loqotiplərdən istifadə etmişdir.

 

John Deere original ehtiyat hissələrinin Azərbaycandakı rəsmi satışı GENPARTS tərəfindən həyata keçirilir.

Genparts saytı generatorların,dizel mühərriklərin, mühərriklərin, avtomaşınların, yol-tikinti texnikalarının, xüsusi texnikaların və onlara məxsus ehtiyat hissələrin satışını təşkil edir. Saytda müxtəlif növdə ehtiyat hissələrinin adları, nömrələri və şəkilləri verilmişdir. Siz saytdan istifadə  zamanı və ya Sayta daxil olmaqla öyrənilmiş hər hansı məlumatıi və ya mövcud xidmətlərdən hər hansı birini istifadə edə, dəyişə, şəkilini dəyişdirə, nümayiş etdirə, paylaşa, patentləşdirə, ötürə, sata, nəşr edə, köçürə, kommersiya məqsədləri üçün Saytdan və ya Xidmətlərdən hər hansı materialın sürətini çıxara, hər hansı müəllif hüququnu, ticarət nişanını və yaxud orijinal materialda və ya Xidmətlərin nəticəsində əldə edilmiş və ya Saytdan köçürülmüş və ya çap edilmiş materiallarda mövcud digər intellektual mülkiyyət göstəricilərini ortadan qaldıra, qaralaya və ya dəyişdirə bilmərsiniz. İntellektual mülkiyyət hüququnu pozan, hədə, böhtan, pornoqrafik xarakter daşıyan, yoxlanılmamış, yanlışlığa sövq edən, təhqiramiz, nalayiq, skandal, təhrikçi, hörmətsiz materialların və ya Azərbaycan Respublikasının qanunvericiliyini pozan və qanunsuz olan davranışa səbəb olan və yaxud təhrik edən bu kimi başqa materialların yerləşdirilməsi və ya verilməsi üçün Saytdan istifadə etmək qadağandır!

Genparts.az © 2024 All Rights Reserved.