+994516428285                    
Hyundai
Hyundai Engineering and Construction Co., Ltd.  Cənubi Koreyanın iri tikinti şirkətlərindən biridir. Şirkət 1947-ci ildə Çung Ju-yung tərəfindən “Hyundai” Mülki Tikinti Şirkəti” adı altında təsis edilmişdir və “Hyundai” şirkətlər qrupunun əsas tərkib hissəsi olmuşdur.
1999-cu ildə “Hyundai Construction” şirkəti ilə “Hyundai Engineering” şirkəti birləşmişdir.
“Hyundai Construction” şirkəti 1970-ci və 80-ci illərdə Koreyalı fəhlələrin müxtəlif tikinti layihələrinin reallaşdırılması üçün Yaxın Şərqə göndərilməsində mühüm rol oynamışdır. 1975-ci ildən sonrakı onillik ərzində Hyundai regionda özünün ilk müqaviləsini, Bəndər-Abbas limanında İran hərbi-dəniz qüvvələri üçün tərsanənin tikilməsi üzrə müqaviləni bağlamışdır. Həmin dövrdə 800 000 Koreyalı Səudiyyə Ərəbistanına, 25000 Koreyalı isə İrana işləməyə göndərilmişdir. Hyundai belə fəhlələri işlə təmin edən ən böyük işəgötürən olmuşdur.
2001-ci ildən 2006-cı ilə qədər davam edən dövr ərzində “Hyundai” qrupu özünün ən böyük kreditoru olan “Korea Exchange Bank” bankının idarəçiliyi altında bir neçə quruma bölünmüşdür. 2007-ci ilin mart ayına olan məlumata görə HDEC “Hyundai Merchant Marine” şirkətinin, başqa sözlə, “Hyundai” qrupunun faktiki təsisçi şirkətinin əsas səhmdarıdır. “Hyundai” qrupu və Hyundai Motor Group (“Hyundai” qrupundan ayrılmış bir başqa qurum) HDEC-i satın almaq üçün bir-biri ilə rəqabət edir.
Hyundai traktor
2011-ci ildə Hyundai Eng. & Const.,co.,Ltd “Hyundai Motor Group” qrupunun mülkiyyətinə keçmişdir. Bu qərar “Hyundai” qrupunun məhkəmədə məğlub olmasından sonra (“Merchant Marine” “Hanjin Shipping” şirkətindən sonra Koreyanın ikinci ən böyük gəmiçilik şirkətidir) Koreya bankı tərəfindən qəbul olunmuşdur.
“Hyundai Heavy Industries” şirkəti özünün 1 anbarı, 7 korporasiya, ehtiyat hissələrinin satışı ilə məşğul olan 402 dileri və 45 yerli tərəfdaşı sayəsində məhsulları üzrə ən yaxşı texniki dəstəyi təmin edən qlobal maddi-texniki təchizat sistemindən istifadə edir. Ehtiyat hissələri “Hyundai Heavy Industries” şirkətinin təklif etdiyi tikinti texnikasının istehsalında istifadə olunan hissələrlə eyni dizayna malikdir və tikinti texnikasının istismar ömrünün uzun olması ilə yanaşı ən ciddi keyfiyyət yoxlamaları və sınaqlarla sübut olunan yüksək dayanıqlılığı təmin edir.
Orijinal ehtiyat hissələri öz-özlüyündə müstəqil detallar olmayıb avadanlığın bu və ya digər istismar funksiyasını yerinə yetirən sistem ünsürləridir.
Bütün funksional detallar mükəmməl işləyir və dayanıqlı keyfiyyəti təmin edir. Satışdan sonra müxtəlif ödənişsiz texniki xidmətləri və 100 % zəmanət kimi sərfəli təkliflər ancaq Hyundai Heavy Industries istehsalı olan orijinal ehtiyat hissələrinə şamil olunur.
Hyundai ehtiyat hissələri
“Hyundai Heavy Industries” şirkətinin Satışdan sonra xidmət bölməsi avadanlığın işləmədiyi müddətin minimuma endirilməsi və dayanıqlılığının artırılması məqsədi ilə müxtəlif növ servis xidmətləri təklif edir.
Siz, həmçinin dilerlərimiz vasitəsi ilə satın aldığınız maşınların daha səmərəli istismarının yollarını öyrənə bilərsiniz.
Genparts saytı generatorların,dizel mühərriklərin, mühərriklərin, avtomaşınların, yol-tikinti texnikalarının, xüsusi texnikaların və onlara məxsus ehtiyat hissələrin satışını təşkil edir. Saytda müxtəlif növdə ehtiyat hissələrinin adları, nömrələri və şəkilləri verilmişdir. Siz saytdan istifadə  zamanı və ya Sayta daxil olmaqla öyrənilmiş hər hansı məlumatıi və ya mövcud xidmətlərdən hər hansı birini istifadə edə, dəyişə, şəkilini dəyişdirə, nümayiş etdirə, paylaşa, patentləşdirə, ötürə, sata, nəşr edə, köçürə, kommersiya məqsədləri üçün Saytdan və ya Xidmətlərdən hər hansı materialın sürətini çıxara, hər hansı müəllif hüququnu, ticarət nişanını və yaxud orijinal materialda və ya Xidmətlərin nəticəsində əldə edilmiş və ya Saytdan köçürülmüş və ya çap edilmiş materiallarda mövcud digər intellektual mülkiyyət göstəricilərini ortadan qaldıra, qaralaya və ya dəyişdirə bilmərsiniz. İntellektual mülkiyyət hüququnu pozan, hədə, böhtan, pornoqrafik xarakter daşıyan, yoxlanılmamış, yanlışlığa sövq edən, təhqiramiz, nalayiq, skandal, təhrikçi, hörmətsiz materialların və ya Azərbaycan Respublikasının qanunvericiliyini pozan və qanunsuz olan davranışa səbəb olan və yaxud təhrik edən bu kimi başqa materialların yerləşdirilməsi və ya verilməsi üçün Saytdan istifadə etmək qadağandır!

Genparts.az © 2024 All Rights Reserved.