
Hyundai Engineering and Construction Co., Ltd. Cənubi Koreyanın iri tikinti şirkətlərindən biridir. Şirkət 1947-ci ildə Çung Ju-yung tərəfindən "Hyundai" Mülki Tikinti Şirkəti" adı altında təsis edilmişdir və "Hyundai" şirkətlər qrupunun əsas tərkib hissəsi olmuşdur.
1999-cu ildə "Hyundai Construction" şirkəti ilə "Hyundai Engineering" şirkəti birləşmişdir.
"Hyundai Construction" şirkəti 1970-ci və 80-ci illərdə Koreyalı fəhlələrin müxtəlif tikinti layihələrinin reallaşdırılması üçün Yaxın Şərqə göndərilməsində mühüm rol oynamışdır. 1975-ci ildən sonrakı onillik ərzində Hyundai regionda özünün ilk müqaviləsini, Bəndər-Abbas limanında İran hərbi-dəniz qüvvələri üçün tərsanənin tikilməsi üzrə müqaviləni bağlamışdır. Həmin dövrdə 800 000 Koreyalı Səudiyyə Ərəbistanına, 25000 Koreyalı isə İrana işləməyə göndərilmişdir. Hyundai belə fəhlələri işlə təmin edən ən böyük işəgötürən olmuşdur.
2001-ci ildən 2006-cı ilə qədər davam edən dövr ərzində "Hyundai" qrupu özünün ən böyük kreditoru olan "Korea Exchange Bank" bankının idarəçiliyi altında bir neçə quruma bölünmüşdür. 2007-ci ilin mart ayına olan məlumata görə HDEC "Hyundai Merchant Marine" şirkətinin, başqa sözlə, "Hyundai" qrupunun faktiki təsisçi şirkətinin əsas səhmdarıdır. "Hyundai" qrupu və Hyundai Motor Group ("Hyundai" qrupundan ayrılmış bir başqa qurum) HDEC-i satın almaq üçün bir-biri ilə rəqabət edir.

2011-ci ildə Hyundai Eng. & Const.,co.,Ltd "Hyundai Motor Group" qrupunun mülkiyyətinə keçmişdir. Bu qərar "Hyundai" qrupunun məhkəmədə məğlub olmasından sonra ("Merchant Marine" "Hanjin Shipping" şirkətindən sonra Koreyanın ikinci ən böyük gəmiçilik şirkətidir) Koreya bankı tərəfindən qəbul olunmuşdur.
"Hyundai Heavy Industries" şirkəti özünün 1 anbarı, 7 korporasiya, ehtiyat hissələrinin satışı ilə məşğul olan 402 dileri və 45 yerli tərəfdaşı sayəsində məhsulları üzrə ən yaxşı texniki dəstəyi təmin edən qlobal maddi-texniki təchizat sistemindən istifadə edir. Ehtiyat hissələri "Hyundai Heavy Industries" şirkətinin təklif etdiyi tikinti texnikasının istehsalında istifadə olunan hissələrlə eyni dizayna malikdir və tikinti texnikasının istismar ömrünün uzun olması ilə yanaşı ən ciddi keyfiyyət yoxlamaları və sınaqlarla sübut olunan yüksək dayanıqlılığı təmin edir.
Orijinal ehtiyat hissələri öz-özlüyündə müstəqil detallar olmayıb avadanlığın bu və ya digər istismar funksiyasını yerinə yetirən sistem ünsürləridir.
Bütün funksional detallar mükəmməl işləyir və dayanıqlı keyfiyyəti təmin edir. Satışdan sonra müxtəlif ödənişsiz texniki xidmətləri və 100 % zəmanət kimi sərfəli təkliflər ancaq Hyundai Heavy Industries istehsalı olan orijinal ehtiyat hissələrinə şamil olunur.
