+994516428285                    
FG Wilson
FG Wilson: Bizim nəsil üçün enerji
1966-cı ildə Fred Uilsonun öz altı işçisi ilə birlikdə əsasını qoyduğu “FG Wilson” şirkəti bu gün dünyanın aparıcı generator aqreqatı təchizatçılarından birinə çevrilmişdir. Bu müddət ərzində dünya çox dəyişsə də “FG Wilson” şirkətinin keyfiyyət, dəstək və dəyərlərlə xarakterizə olunan fəaliyyət fəlsəfəsi dəyişməmişdir.
“FG Wilson” markalı generator aqreqatlarının bugünkü çeşidi zəngin irsimizə əsaslanır. Məhsullarımızın hər biri dünya səviyyəli, müasir təsislərimizdə aparılmış geniş tədqiqatların nəticəsidir və ən əlverişsiz istismar şəraitində sınaqdan keçirilmiş layihələr əsasında yaradılır.  “FG Wilson”  Avropa, Asiya və Latın Amerikası ölkələrində müasir istehsal təsislərində yığılan, gücü 6,8 – 2500 kVt  arasında dəyişən dizel generatoru aqreqatlarının ən geniş diapazonunu təklif edir.
50 ili aşan fəaliyyət tarixi boyunca  “FG Wilson” istehsalı olan generator aqreqatları dünyanın 150-dən çox ölkəsində quraşdırılmışdır. Bizim generatorlarımıza dünyanın ən məşhur binalarında, xəstəxanalarda, banklarda, hava limanlarında, verilənlərin toplanması və emalı üzrə mərkəzlərdə, fabriklərdə, tikinti meydançalarında, mehmanxanalarda, ofislərdə və telekommunikasiya şəbəkələrində rast gələ bilərsiniz. Onlar bu obyektlərin elektrik enerjisi ilə təchizatında heç vaxt fasilənin yaranmayacağının zəmanətidir.
Təcrübəmiz sadəcə 1990-cı ildən sonra bütün dünyada, bütün növ istismar mühitlərində quraşdırılmış və ümumi gücü Böyük Britaniyanın elektrik şəbəkəsinin gücündən böyük olan 600000-dən çox generator aqreqatından irəlin gəlir. Bu gün məhsullarımızın hər birini əldə edərkən siz, əslində böyük zəhmətlə qazanılmış təcrübədən faydalanırsınız.
İSTEHSAL TƏSİSLƏRİ– İstehsal obyektlərimiz Avropada, Hindistanda, Çində və Braziliyada fəaliyyət göstərir ki, bu da məhsullarımızın müştərilərə daha yaxın olmasını təmin edir.
FG Wilson Generator
Generator aqreqatlarımızdan hər biri innovativ istehsal metodologiyası ilə misilsiz mühəndislik təcrübəmizin, ustalığımızın kombinasiyasına əsaslanaraq layihələndirilir. Bu, mükəmməl keyfiyyətli və etibarlı enerji hasilatı sistemlərini yaratmağa imkan verir. Məhsullarımızın istehsal edildiyi hər bir obyekt sinfinin ən ciddi standartlarına cavab verməklə yanaşı ümumi texnoloji proseslər və idarəetmə prinsipləri çərçivəsində fəaliyyət göstərir.  Bu obyektlərin hər biri istehsal və ətraf mühitin mühafizəsi üzrə ISO 9001 və ISO 14001 sertifikatlarına malikdir.  Bu, o deməkdir ki, məhsullarımızın və xidmətlərimizin təhlükəsizliyindən, etibarlılığından və dünya standartlarına uyğun keyfiyyətindən əmin ola bilərsiniz.
Genparts saytı generatorların,dizel mühərriklərin, mühərriklərin, avtomaşınların, yol-tikinti texnikalarının, xüsusi texnikaların və onlara məxsus ehtiyat hissələrin satışını təşkil edir. Saytda müxtəlif növdə ehtiyat hissələrinin adları, nömrələri və şəkilləri verilmişdir. Siz saytdan istifadə  zamanı və ya Sayta daxil olmaqla öyrənilmiş hər hansı məlumatıi və ya mövcud xidmətlərdən hər hansı birini istifadə edə, dəyişə, şəkilini dəyişdirə, nümayiş etdirə, paylaşa, patentləşdirə, ötürə, sata, nəşr edə, köçürə, kommersiya məqsədləri üçün Saytdan və ya Xidmətlərdən hər hansı materialın sürətini çıxara, hər hansı müəllif hüququnu, ticarət nişanını və yaxud orijinal materialda və ya Xidmətlərin nəticəsində əldə edilmiş və ya Saytdan köçürülmüş və ya çap edilmiş materiallarda mövcud digər intellektual mülkiyyət göstəricilərini ortadan qaldıra, qaralaya və ya dəyişdirə bilmərsiniz. İntellektual mülkiyyət hüququnu pozan, hədə, böhtan, pornoqrafik xarakter daşıyan, yoxlanılmamış, yanlışlığa sövq edən, təhqiramiz, nalayiq, skandal, təhrikçi, hörmətsiz materialların və ya Azərbaycan Respublikasının qanunvericiliyini pozan və qanunsuz olan davranışa səbəb olan və yaxud təhrik edən bu kimi başqa materialların yerləşdirilməsi və ya verilməsi üçün Saytdan istifadə etmək qadağandır!

Genparts.az © 2024 All Rights Reserved.