
FG Wilson: Bizim nəsil üçün enerji
1966-cı ildə Fred Uilsonun öz altı işçisi ilə birlikdə əsasını qoyduğu "FG Wilson" şirkəti bu gün dünyanın aparıcı generator aqreqatı təchizatçılarından birinə çevrilmişdir. Bu müddət ərzində dünya çox dəyişsə də "FG Wilson" şirkətinin keyfiyyət, dəstək və dəyərlərlə xarakterizə olunan fəaliyyət fəlsəfəsi dəyişməmişdir.
"FG Wilson" markalı generator aqreqatlarının bugünkü çeşidi zəngin irsimizə əsaslanır. Məhsullarımızın hər biri dünya səviyyəli, müasir təsislərimizdə aparılmış geniş tədqiqatların nəticəsidir və ən əlverişsiz istismar şəraitində sınaqdan keçirilmiş layihələr əsasında yaradılır. "FG Wilson" Avropa, Asiya və Latın Amerikası ölkələrində müasir istehsal təsislərində yığılan, gücü 6,8 - 2500 kVt arasında dəyişən dizel generatoru aqreqatlarının ən geniş diapazonunu təklif edir.
50 ili aşan fəaliyyət tarixi boyunca "FG Wilson" istehsalı olan generator aqreqatları dünyanın 150-dən çox ölkəsində quraşdırılmışdır. Bizim generatorlarımıza dünyanın ən məşhur binalarında, xəstəxanalarda, banklarda, hava limanlarında, verilənlərin toplanması və emalı üzrə mərkəzlərdə, fabriklərdə, tikinti meydançalarında, mehmanxanalarda, ofislərdə və telekommunikasiya şəbəkələrində rast gələ bilərsiniz. Onlar bu obyektlərin elektrik enerjisi ilə təchizatında heç vaxt fasilənin yaranmayacağının zəmanətidir.
Təcrübəmiz sadəcə 1990-cı ildən sonra bütün dünyada, bütün növ istismar mühitlərində quraşdırılmış və ümumi gücü Böyük Britaniyanın elektrik şəbəkəsinin gücündən böyük olan 600000-dən çox generator aqreqatından irəlin gəlir. Bu gün məhsullarımızın hər birini əldə edərkən siz, əslində böyük zəhmətlə qazanılmış təcrübədən faydalanırsınız.
İSTEHSAL TƏSİSLƏRİ- İstehsal obyektlərimiz Avropada, Hindistanda, Çində və Braziliyada fəaliyyət göstərir ki, bu da məhsullarımızın müştərilərə daha yaxın olmasını təmin edir.
