+994516428285                    
Deutz logo
“Deutz” şirkəti Nikolaus Otto tərəfindən 31 mart 1864-cü il tarixində “N. A. Otto & Cie” adı altında təsis edilmişdir Otto dörd taktlı daxili yanma mühərrikinin ixtiraçısıdır. Fəaliyyətinin ilk mərhələsində Otto və tərəfdaşı Ejen Langen ancaq stasionar mühərriklərin istehsalına maraq göstərirdilər və avtomobillərlə maraqlanmırdılar. Texnik direktor Qotlib Daimler isə avtomobil istehsal etməyə can atırdı. 1870-ci illərin ortalarında təsirinin zəiflədilməsi üçün ona şirkətin Sankt-Peterburqdakı zavoduna keçməyi təklif etdilər. O, istefa verdi və Vilhelm Maybaxı özü ilə apardı. Deutz həmçinin kombayn və traktor kimi kənd təsərrüfatı maşınları, habelə yük maşını və avtobus kimi kommersiya təyinatlı nəqliyyat vasitələri istehsal edirdi.
Deutz gücü 4 – 500 kVt arasında dəyişən və soyutma sistemi hava, yağ ya da su ilə işləyən mühərriklər istehsal edir. Əsaslı təmirdən çıxan və ya yeni avadanlıq vahidlərinin gözlənilən istismar ömrü (növbəti əsaslı təmirə qədər) 20 000 saatdan 30 000 saata qədərdir.
Ehtiyat hissələri və servis xidməti bütün dünya ölkələrində təklif olunur. Bir neçə il əvvəl ABŞ və Kanadada Şimali Amerikanı ehtiyat hissələri və texniki xidməti ilə əhatə edən distributor şəbəkəsi yaradılmışdır.
Deutz istehsalı olan və soyutma sistemi hava ilə işləyən maşınlar normal istismar şəraitində donmadığı və ya qaynatma vermədiyi üçün çox geniş tətbiq sahəsinə malikdir.
Deutz muherrik
Deutz həmçinin yağla soyudulan mühərriklərin istehsalını həyata keçirir. Həmin mühərriklər digər layihəli mühərriklərlə eyni güc hasil etsə də daha kiçik ölçülərdədir, çünki radiatorun yerləşdirilməsi üçün əlavə yuvaya ehtiyac qalmır. Deutz həm yağla soyudulan, həm də radiatora malik ikili konfiqurasiyalı mühərriklər də təklif edir. Bu mühərriklərin də işləməsi üçün antifriz və ya soyuducu maddələr tələb olunmur.
Deutz həmçinin iqtisadi baxımdan sərfəli, qənaətcil, maye ilə soyudulan mühərriklər istehsal edir.
2007-ci ildə şirkətin “Deutz Power Systems” bölməsi 3i qrupuna satıldı. Hal-hazırda Deutz AG fəaliyyətini ancaq Deutz brendi ilə kompakt mühərriklərin istehsalı ətrafında cəmləşdirir. O, ancaq sifarişçilər üçün mühərriklərin istehsalını həyata keçirir və bütövlükdə hazır maşının təklif olunması sahəsində rəqabətə girişmir.
DEUTZ dünyanın innovativ inteqral sistemləri təklif edən aparıcı istehsalçılarından biridir. O, əsas etibarı ilə peşəkar istifadə üçün nəzərdə tutulan dizel, qaz və elektrik güc ötürücülərinin işlənib hazırlanması, istehsalı, distribusiyası sahəsində, habelə müvafiq servis xidmətinin göstərilməsində ixtisaslaşmışdır. Mühərriklər üzrə ixtisaslaşmış şirkət tikinti texnikasında, kənd təsərrüfatı maşınlarında, yükləmə-boşaltma avadanlığında, stasionar sistemlərdə, kommersiya təyinatlı nəqliyyat vasitələrində, dəmiryol nəqliyyatı vasitələrində və digər sahələrdə tətbiq olunan, 620 kilovata qədər gücə malik məhsulların geniş çeşidini təklif edir.
1864-cü ildə ilk dəfə “N.A. Otto & Cie” adı altında Almaniyanın Köln şəhərində təsis edilmiş DEUTZ AG hal-hazırda dünyanın ən qocaman şirkəti olmaqla yanaşı aparıcı müstəqil mühərrik şirkətlərindən biridir. DEUTZ öz müştərilərinə 13 distributor şirkəti, 7 satış ofisi, satış və servis xidməti sahəsində əməkdaşlıq etdiyi 800-dən çox tərəfdaşı vasitəsi ilə kompleks qısamüddətli texniki dəstək təklif edir.
Şirkətin fəaliyyəti üç seqmentə bölünür: “Kompakt DEUTZ mühərrikləri”, “Müştərilərin ehtiyaclarına uyğun ,,DEUTZ həlləri” və “Digər”. “Kompakt DEUTZ mühərrikləri” seqmenti işçi həcmi 8 litrə qədər olan, maye ilə soyudulan mühərrikləri əhatə edir. “Müştərilərin ehtiyaclarına uyğun DEUTZ həlləri” seqmenti hava ilə soyudulan mühərriklər və işçi həcmi 8 litrdən böyük, maye ilə soyudulan mühərriklər üzrə ixtisaslaşmışdır. “DEUTZ Xchange” adı altında fəaliyyət göstərən “Müştərilərin ehtiyaclarına uyğun DEUTZ həlləri” seqmenti həmçinin mühərriklərin və ehtiyat hissələrinin təmirini həyata keçirir. 2017-ci ilin dördüncü rübündən etibarən “Torqeedo” adlı törəmə şirkət “Digər” seqmentinə daxil edilmişdir. Bu şirkət qayıqlar üçün elektrik inteqralları istehsal edir və inteqral sistemlərinin elektrikləşdirilməsi sahəsində zəngin təcrübə əldə etmişdir.
Deutz motor
Bazardakı mövqeyimiz:
İnnovativ güc ötürücülərinin müstəqil istehsalçısı
Gücü 620 kVt-a qədər sistemlərin fasiləsiz istehsal xətti
İstənilən sahədə istifadə oluna biləcək mühərriklər
Soyutma sistemi: hava, yağ, su.
Müştərilərin konkret ehtiyaclarına uyğun həllər
Əsas diqqəti məhsulun keyfiyyəti ətrafında cəmləşdirən “premium” kateqoriyalı təchizatçı
Qənaət: iqtisadi baxımdan son dərəcə sərfəli göstəricilər
Xidmətə yönümlülük
Dünya miqyasında fəaliyyət göstərən satış/servis xidməti şəbəkəsi sayəsində qlobal mövcudluq
Daxili keyfiyyətlər: cəld, çevik, universal və innovativ
Etibarlı tərəfdaş
Genparts saytı generatorların,dizel mühərriklərin, mühərriklərin, avtomaşınların, yol-tikinti texnikalarının, xüsusi texnikaların və onlara məxsus ehtiyat hissələrin satışını təşkil edir. Saytda müxtəlif növdə ehtiyat hissələrinin adları, nömrələri və şəkilləri verilmişdir. Siz saytdan istifadə  zamanı və ya Sayta daxil olmaqla öyrənilmiş hər hansı məlumatıi və ya mövcud xidmətlərdən hər hansı birini istifadə edə, dəyişə, şəkilini dəyişdirə, nümayiş etdirə, paylaşa, patentləşdirə, ötürə, sata, nəşr edə, köçürə, kommersiya məqsədləri üçün Saytdan və ya Xidmətlərdən hər hansı materialın sürətini çıxara, hər hansı müəllif hüququnu, ticarət nişanını və yaxud orijinal materialda və ya Xidmətlərin nəticəsində əldə edilmiş və ya Saytdan köçürülmüş və ya çap edilmiş materiallarda mövcud digər intellektual mülkiyyət göstəricilərini ortadan qaldıra, qaralaya və ya dəyişdirə bilmərsiniz. İntellektual mülkiyyət hüququnu pozan, hədə, böhtan, pornoqrafik xarakter daşıyan, yoxlanılmamış, yanlışlığa sövq edən, təhqiramiz, nalayiq, skandal, təhrikçi, hörmətsiz materialların və ya Azərbaycan Respublikasının qanunvericiliyini pozan və qanunsuz olan davranışa səbəb olan və yaxud təhrik edən bu kimi başqa materialların yerləşdirilməsi və ya verilməsi üçün Saytdan istifadə etmək qadağandır!

Genparts.az © 2024 All Rights Reserved.