Deutz həmçinin yağla soyudulan mühərriklərin istehsalını həyata keçirir. Həmin mühərriklər digər layihəli mühərriklərlə eyni güc hasil etsə də daha kiçik ölçülərdədir, çünki radiatorun yerləşdirilməsi üçün əlavə yuvaya ehtiyac qalmır. Deutz həm yağla soyudulan, həm də radiatora malik ikili konfiqurasiyalı mühərriklər də təklif edir. Bu mühərriklərin də işləməsi üçün antifriz və ya soyuducu maddələr tələb olunmur.
Deutz həmçinin iqtisadi baxımdan sərfəli, qənaətcil, maye ilə soyudulan mühərriklər istehsal edir.
2007-ci ildə şirkətin "Deutz Power Systems" bölməsi 3i qrupuna satıldı. Hal-hazırda Deutz AG fəaliyyətini ancaq Deutz brendi ilə kompakt mühərriklərin istehsalı ətrafında cəmləşdirir. O, ancaq sifarişçilər üçün mühərriklərin istehsalını həyata keçirir və bütövlükdə hazır maşının təklif olunması sahəsində rəqabətə girişmir.
DEUTZ dünyanın innovativ inteqral sistemləri təklif edən aparıcı istehsalçılarından biridir. O, əsas etibarı ilə peşəkar istifadə üçün nəzərdə tutulan dizel, qaz və elektrik güc ötürücülərinin işlənib hazırlanması, istehsalı, distribusiyası sahəsində, habelə müvafiq servis xidmətinin göstərilməsində ixtisaslaşmışdır. Mühərriklər üzrə ixtisaslaşmış şirkət tikinti texnikasında, kənd təsərrüfatı maşınlarında, yükləmə-boşaltma avadanlığında, stasionar sistemlərdə, kommersiya təyinatlı nəqliyyat vasitələrində, dəmiryol nəqliyyatı vasitələrində və digər sahələrdə tətbiq olunan, 620 kilovata qədər gücə malik məhsulların geniş çeşidini təklif edir.
1864-cü ildə ilk dəfə "N.A. Otto & Cie" adı altında Almaniyanın Köln şəhərində təsis edilmiş DEUTZ AG hal-hazırda dünyanın ən qocaman şirkəti olmaqla yanaşı aparıcı müstəqil mühərrik şirkətlərindən biridir. DEUTZ öz müştərilərinə 13 distributor şirkəti, 7 satış ofisi, satış və servis xidməti sahəsində əməkdaşlıq etdiyi 800-dən çox tərəfdaşı vasitəsi ilə kompleks qısamüddətli texniki dəstək təklif edir.
Şirkətin fəaliyyəti üç seqmentə bölünür: "Kompakt DEUTZ mühərrikləri", "Müştərilərin ehtiyaclarına uyğun ,,DEUTZ həlləri" və "Digər". "Kompakt DEUTZ mühərrikləri" seqmenti işçi həcmi 8 litrə qədər olan, maye ilə soyudulan mühərrikləri əhatə edir. "Müştərilərin ehtiyaclarına uyğun DEUTZ həlləri" seqmenti hava ilə soyudulan mühərriklər və işçi həcmi 8 litrdən böyük, maye ilə soyudulan mühərriklər üzrə ixtisaslaşmışdır. "DEUTZ Xchange" adı altında fəaliyyət göstərən "Müştərilərin ehtiyaclarına uyğun DEUTZ həlləri" seqmenti həmçinin mühərriklərin və ehtiyat hissələrinin təmirini həyata keçirir. 2017-ci ilin dördüncü rübündən etibarən "Torqeedo" adlı törəmə şirkət "Digər" seqmentinə daxil edilmişdir. Bu şirkət qayıqlar üçün elektrik inteqralları istehsal edir və inteqral sistemlərinin elektrikləşdirilməsi sahəsində zəngin təcrübə əldə etmişdir.