+994516428285                    
Cummins

Cummins Azərbaycan

Cummins” “Fortune 500” siyahısına daxil olan ABŞ şirkətidir. O,  mühərriklərin, filtr sistemlərinin və enerji hasilatı qurğuların layihələndirilməsini, istehsalını və satışını həyata keçirir. “Cummins” mühərriklərə və əlaqədar avadanlığa, o cümlədən yanacaq sistemlərinə, nəzarət-idarəetmə qurğularına, hava emalı qurğularına, filtrasiya sistemlərinə, atmosfer tullantılarına nəzarət sistemlərinə, elektrik enerjisi hasilatı sistemlərinə və yük maşınlarına texniki xidmət sahəsində də fəaliyyət göstərir. Mərkəzi şöbəsi ABŞ-ın İndiana ştatının Kolumbus şəhərində yerləşən “Cummins” həm özünün nəzarətində olan, həm də müstəqil 600-dən çox distributordan və təxminən 6000 dilerdən ibarət satış şəbəkəsi vasitəsi ilə dünyanın 190-dan çox ölkəsində və digər ərazi vahidlərində öz məhsullarının satışını həyata keçirir. 2018-ci ildə şirkətin bəyan edilmiş gəlirlərinin ümumi həcmi 23,77 milyard ABŞ dolları, xalis mənfəəti isə 2,19 milyard ABŞ dolları təşkil etmişdir.
Enerji hasilatı sistemləri üzrə struktur bölməsi
“Cummins” şirkətinin istehsal etdiyi enerji hasilatı sistemləri dəyişən cərəyan generatorlarından, ehtiyat enerji mənbələrini işə salan avtomatik çevirgəclərdən, kommersiya müəssisələri üçün elektrik təchizatı sistemlərindən, istehlakçılar üçün elektrik təchizatı sistemlərindən, mühərriklərdən və paralel rejimdə işləyən idarəetmə sistemlərindən ibarətdir. “Cummins” şirkətinin enerji hasilatı sistemləri üzrə struktur bölməsi enerji hasilatı sistemlərinin, ehtiyat enerji mənbələrinin komplektləşdiricilərinin və müvafiq texniki xidmətin, kiçik energetika sistemlərinin, eləcə də səyyar texnika üçün köməkçi güc qurğularının qlobal miqyaslı təchizatçılarından biridir.
Bütün bu sistemlərin ilk müəllifi “Cumins Onan” şirkətidir. Onun istehsal etdiyi məhsullar hələ də istismardadır.
Enerji hasilatı sistemləri üzrə struktur bölməsi yaxınlarda Enerji hasilatı şöbəsinin və Yüksək güclü generator mühərrikləri bölməsinin birləşdirilməsi yolu ilə yaradılmışdır.
22 avqust 2017-ci ildə “United Rentals” şirkəti Kumminsdən səyyar enerji hasilatı sistemlərinin istehsalı üzrə bütün aktivləri satın aldığını bəyan etmişdir. Mövcud aparat parkına və müştərilərə xidmətdə fasilələr yaranmasın deyə Kumminsin az sayda işçisi “United Rentals” şirkətinə işə götürülmüşdür. Kumminsin distribusiya fəaliyyətini mühərriklərin və generatorların satışını, habelə servis xidməti göstərən və ehtiyat hissələrin satışını həyata keçirən distributorluq sistemi formalaşdırır. Həmin sistem 90 ölkəni və ərazi vahidini əhatə edən, 234 nöqtədə fəaliyyət göstərən, şirkətin özünə aid olan 17 və 10 müştərək distributorluq müəssisəsindən ibarətdir.
“Cummins Inc.” ayrıca fəaliyyət göstərən, ancaq bir-birini tamamlayan növbəti təsərrüfat fəaliyyəti seqmentləri formasında təşkil edilmişdir:
Mühərrik seqmenti
Mühərrik seqmenti avtomobil yollarında və yolsuzluq şəraitində istifadə üçün nəzərdə tutulmuş, dizel və təbii qazla işləyən yüksək texnologiyalı mühərriklərin layihələndirilməsini və istehsalını həyata keçirir. Seqment həmçinin yeni ehtiyat hissələrini, habelə ehtiyat hissələrinin və mühərriklərin təmiri, bərpası xidmətlərini də təklif edir.
Enerji hasilatı sistemləri seqmenti
Enerji hasilatı sistemləri seqmenti yüksək dövrlü, güclü mühərriklərin və enerji hasilatı avadanlığının, o cümlədən ehtiyat və əsas generator qurğularının, dəyişən cərəyan generatorlarının, paylayıcı qurğuların və digər komponentlərin qlobal miqyaslı təchizatçısıdır. Seqment müştərilərinə yaşayış binalarında ehtiyat enerji mənbəyi kimi, habelə kommersiya, sənaye, dağ-mədən, dəniz və dəmiryol nəqliyyatı, neft-qaz sənayesi, müdafiə sənayesi, verilənlərin emalı və toplanması mərkəzləri, telekommunikasiya, səhiyyə və digər sənaye sektorlarında istifadə üçün mühərriklər, enerji hasilatı sistemləri, onlara aid komplektləşdiricilər və servis xidməti, alternativ yanacaqdan istifadə edən elektrik generatorları təklif edir.
Komplektləşdiricilər seqmenti
Komplektləşdiricilər seqmenti kompleks həllərin işlənib hazırlanması üçün açar texnologiyalardan istifadə edən növbəti dörd bölmədən ibarətdir:  Cummins Filtration, Cummins Turbo Technologies, Cummins Emission Solutions and Cummins Electronics and Fuel Systems.
Cummins Filtration
“Cummins Filtration” dizel və qaz yanacağı ilə işləyən avadanlıq üçün nəzərdə tutulan, ağır istismar şəraitinə dözümlü hava, yanacaq, hidravlika mayesi və sürtgü yağı filtrləri, müvafiq kimyəvi maddələr və xaricetmə sistemləri istehsal edir. Əlavə məlumat üçün “Cummins Filtration” şirkətinin veb-saytını ziyarət edin.
Cummins Turbo Technologies
“Cummins Turbo Technologies” tutumu 3 litrdən çox olan dizel mühərrikləri üçün turbo vurucuların və əlaqədar məhsulların qlobal miqyasda layihələndirilməsini və istehsalını həyata keçirir.  Əlavə məlumat üçün “Cummins Turbo Technologies” şirkətinin veb-saytını ziyarət edin.
Cummins Emission Solutions
“Cummins Emission Solutions” bütün dünya miqyasında atmosfer tullantıları üzrə ən ciddi standartlara cavab verən müxtəlif növ tullantı azaldıcı sistemlər layihələndirir və istehsal edir. Əlavə məlumat üçün “Cummins Emission Solutions” şirkətinin veb-saytını ziyarət edin.
Cummins Electronics and Fuel Systems
“Cummins Electronics and Fuel Systems” fərqli məhsul xətti təklif edən iki bölmədən ibarətdir:  Elektronika məhsulları bölməsi mühərriklər üçün idarəetmə blokları və elektron idarəetmə qurğuları, müvafiq proqram təminatı, sensorlar və alətlər işləyib hazırlayır. Yanacaq sistemi məhsulları bölməsi isə həm akkumulyatorlu, yüksək təzyiqli yanacaq injektoru sistemlərinin, həm də nasos-forsunkaların layihələndirilməsini, işlənib hazırlanmasını, istehsalını və təmir-bərpasını həyata keçirir. Əlavə məlumat üçün “Cummins Fuel Systems” şirkətinin veb-saytını ziyarət edin.
Distribusiya seqmenti
Distribusiya seqmenti öz fəaliyyətində qlobal distribusiya strategiyasını və distribusiya kanallarının idarə olunması prinsiplərini rəhbər tutur. Seqment özünün çoxsaylı sertifikatlaşdırılmış servis xidməti və texniki dəstək nöqtələri vasitəsi ilə bütün dünyada müştərilərimizə satış, servis və texniki dəstək xidmətlərini göstərir. Kummins təmir, planlaşdırılmış texniki xidmət və yeniləmə xidmətlərinin sürətlə, yüksək keyfiyyətlə icrası üçün tələb olunan texniki biliklərə və təcrübəyə malikdir. Yerli distributorlarımız müştərilərə “Cummins” məhsullarını və orijinal Kummins istehsalı olan ehtiyat hissələrini təklif etməklə yanaşı müştərilərin günün 24 saatı, həftənin 7 günü fəaliyyətini təmin etmək üçün lazımi ehtiyat hissələrini əlçatan etməyə və sifarişlə xüsusi sistemlərin işlənib hazırlanmasına olan ehtiyacları yerinə yetirməyə çalışır.  Avadanlığın harada istismar edilməsindən asılı olmayaraq müştərilər sektorun dünyanın 190-dan çox ölkəsində fəaliyyət göstərən, 6000-dən çox diler və distributor nöqtəsindən ibarət olan ən geniş və effektiv dəstək şəbəkəsinin xidmətlərindən faydalanmaq imkanına malikdir.
Avtomobillər üçün elektriklə işləyən güc qurğuları seqmenti
Bizim ən yeni seqmentimiz olan Avtomobillər üçün elektriklə işləyən güc qurğuları seqmenti şirkətin investisiyalarının şəffaflığını və zəruri hesabatlılığı, habelə getdikcə böyüyən bu sektor üzrə göstəriciləri yüksəltmək üçün Kumminsin elektrikləşdirmə sahəsinə aid bütün resurslarını bir yerə cəmləşdirir.  Seqment avtomobillərin elektrikləşməsinin getdikcə vüsət aldığı bütün bazarlarda xidmət göstərmək üçün elektromobillərin və hibrid avtomobillərin güc qurğuları ilə yanaşı, aparıcı texnologiyalarla hazırlanmış komplektləşdiricilərin və alt sistemlərin istehsalı məqsədi ilə yaradılmışdır. Hal-hazırda şəhərarası avtobuslar üçün  “Cummins Battery Electric System” (ing. BES; az. Akkumulyatorlu qidalandırma sistemi) və “Cummins Power Hybrid Plug-In” (ing. HPP; az. akkumulyatoru elektrik şəbəkəsindən doldurulan hibrid avtomobil) sistemləri işlənib hazırlanır. Onların istehsalının müvafiq olaraq 2019 və 2020-ci illərdə başladılması planlaşdırılır. Bundan başqa, Kummins həmin elektrik sistemlərinin yaradılması davam etdikcə gələcək bazarlarda təklif ediləcək məhsullar, o cümlədən təmir/servis xidməti üçün avtomobillərin götürülməsi və sonra təhvil verilməsi və digər sahələr üzrə məhsullar işləyib hazırlamaq niyyətindədir. Electrified Power seqmentinin saytını ziyarət edin.
generator
Genparts saytı generatorların,dizel mühərriklərin, mühərriklərin, avtomaşınların, yol-tikinti texnikalarının, xüsusi texnikaların və onlara məxsus ehtiyat hissələrin satışını təşkil edir. Saytda müxtəlif növdə ehtiyat hissələrinin adları, nömrələri və şəkilləri verilmişdir. Siz saytdan istifadə  zamanı və ya Sayta daxil olmaqla öyrənilmiş hər hansı məlumatıi və ya mövcud xidmətlərdən hər hansı birini istifadə edə, dəyişə, şəkilini dəyişdirə, nümayiş etdirə, paylaşa, patentləşdirə, ötürə, sata, nəşr edə, köçürə, kommersiya məqsədləri üçün Saytdan və ya Xidmətlərdən hər hansı materialın sürətini çıxara, hər hansı müəllif hüququnu, ticarət nişanını və yaxud orijinal materialda və ya Xidmətlərin nəticəsində əldə edilmiş və ya Saytdan köçürülmüş və ya çap edilmiş materiallarda mövcud digər intellektual mülkiyyət göstəricilərini ortadan qaldıra, qaralaya və ya dəyişdirə bilmərsiniz. İntellektual mülkiyyət hüququnu pozan, hədə, böhtan, pornoqrafik xarakter daşıyan, yoxlanılmamış, yanlışlığa sövq edən, təhqiramiz, nalayiq, skandal, təhrikçi, hörmətsiz materialların və ya Azərbaycan Respublikasının qanunvericiliyini pozan və qanunsuz olan davranışa səbəb olan və yaxud təhrik edən bu kimi başqa materialların yerləşdirilməsi və ya verilməsi üçün Saytdan istifadə etmək qadağandır!

Genparts.az © 2024 All Rights Reserved.