+994516428285                    

Atlas Copco Azərbaycan

atlas copco
"Atlas Copco" (Burada “Copco” —  "Compagnie Pneumatique Commerciale" ifadəsindəki sözlərin ilk hərflərindən formalaşır) 1873-cü ildə təsis edilmiş İsveç şirkətidir. O, sənaye alətləri və avadanlığı istehsal edir.
"Atlas Copco" (Burada “Copco” —  "Compagnie Pneumatique Commerciale" ifadəsindəki sözlərin ilk hərflərindən formalaşır) 1873-cü ildə təsis edilmiş İsveç şirkətidir. O, sənaye alətləri və avadanlığı istehsal edir.
"Atlas Copco” mərkəzi şöbəsi İsveçin Nakka şəhərində yerləşən qlobal miqyaslı sənaye şirkətləri qrupudur. 2017-ci ildə qrupun ümumi gəliri 86 milyard İsveç kronuna, həmin ilin sonuna olan məlumata görə isə işçilərinin ümumi sayı 34012 nəfərə çatmışdır. Şirkətin məhsulları dünyanın 20-dən çox ölkəsində yerləşən təxminən 100 istehsal obyektində istehsal olunur [2016-cı ilə aid məlumata görə onun məhsullarının satış həcminə görə birinci yeri ABŞ, ikinci yeri isə Çin tutur].  "Atlas Copco"nun səhmləri Stokholm fond birjasında (OMX Stockholm) kotirovka olunur. Onun "A" və "B" kateqoriyalı səhmlərinin ikisi də OMXS30 etalon indeksinə daxil edilmişdir.
"Atlas Copco" qrupuna daxil olan şirkətlər sənayenin müxtəlif sektorlarında istifadə olunan alətlərin, hava kompressorlarının ("Atlas Copco" hava kompressorları istehsalında dünya lideridir), tikinti və quraşdırma sistemlərinin işlənib hazırlanmasını, istehsalını həyata keçirir, müvafiq servis və icarə xidmətləri göstərir.  Qrup növbəti dörd sahədə fəaliyyət göstərir:  Kompressor, vakuum, tikinti və sənaye texnikası.
İstehsal
"Atlas Copco" avadanlığın əsas və vacib hissələrini öz təsislərində, digər hissələrini isə əməkdaşlıq etdiyi işgüzar tərəfdaşlarının təsislərində istehsal edir. İstehsal olunan avadanlığın maliyyətinin təxminən 75 faizi satın alınan tərkib hissələrinin payına, qalan 25 faiz isə daxili imkanlar hesabına istehsal olunan əsas tərkib hissələrinin, montaj və qeyri-istehsal xərclərinin payına düşür.  Gəlirin ümumi məbləğinin 60 faizdən az hissəsi avadanlığın istehsalı ilə əlaqədardır. Avadanlığın istehsalı əsasən müştərilərin sifarişlərinin yerinə yetirilməsi yolu ilə reallaşır. Ancaq bəzi standart, iri seriyalara daxil olan avadanlıq proqnozlaşdırılan tələbə uyğun olaraq planlı qaydada istehsal olunur.
Satış şəbəkəsi
"Atlas Copco"nun dünyanın təxminən 90 ölkəsində müştərilərə xidmət mərkəzləri, təxminən 180 ölkəsində isə satış mərkəzləri fəaliyyət göstərir. Satış və servis xidmətləri ilk növbədə birbaşa göstərilsə də distributorlar kimi alternativ satış mexanizmlərindən də istifadə olunur. Avadanlığın satışı mühəndislər, servis xidməti və texniki xidmət isə texniklər tərəfindən həyata keçirilir. Hər bir fəaliyyət istiqaməti servis xidmətinin göstərilməsi üçün məsuliyyət daşıyır.  Bu məsuliyyət xidmət məhsullarının işlənib hazırlanmasını, satış və marketinqin təşkilini, texniki dəstəyin və servis xidmətinin, habelə zəmanət müddətindən sonra xidmətlərin göstərilməsini əhatə edir. Ümumi gəlirlərin təxminən 40 faizi göstərilən xidmətlərdən (ehtiyat hissələri, texniki xidmət, təmir, sərfiyyat materialları, aksesuarlar və icarə) irəli gəlir.
Brend adları
"Atlas Copco" qrupunun məhsulları dünya ölkələrində onlarla brend adı altında satılır. Bunlara misal olaraq göstərmək olar: "Chicago Pneumatic" (kompressorlar və alətlər), "Edwards" (vakuum sistemləri), "Beacon Medea" (tibbi qaz sistemləri) və "SCA & Henrob" (avtomobillərin yığılmasında istifadə edilən sistemlər).
Kompressor texnikası 
"Atlas Copco" qrupunun kompressor texnikası üzrə şirkətləri sənaye kompressorları və vakuum sistemləri, neft və qaz emalı avadanlığı, hava axınlarını idarə edən sistemlər, habelə qaz və qaz emalı sistemləri/ekspanderlər kimi məhsulların istehsalı ilə məşğul olur.
Bu məhsullardan əsasən istehsal təsislərində, habelə neft və qaz sənayesində (o cümlədən neft və qaz emalında) istifadə olunur. Kompressor sistemlərindən gəmilərdə, qatarlarda və xəstəxanalarda, eləcə də digər təsislərdə və sahələrdə istifadə olunur. Qrupun bu istiqamət üzrə əsas rəqibləri növbəti markalardır:  Ingersoll-Rand, Kaeser, Hitachi, Gardner Denver, Cameron, Sullair, və Parker
Genparts saytı generatorların,dizel mühərriklərin, mühərriklərin, avtomaşınların, yol-tikinti texnikalarının, xüsusi texnikaların və onlara məxsus ehtiyat hissələrin satışını təşkil edir. Saytda müxtəlif növdə ehtiyat hissələrinin adları, nömrələri və şəkilləri verilmişdir. Siz saytdan istifadə  zamanı və ya Sayta daxil olmaqla öyrənilmiş hər hansı məlumatıi və ya mövcud xidmətlərdən hər hansı birini istifadə edə, dəyişə, şəkilini dəyişdirə, nümayiş etdirə, paylaşa, patentləşdirə, ötürə, sata, nəşr edə, köçürə, kommersiya məqsədləri üçün Saytdan və ya Xidmətlərdən hər hansı materialın sürətini çıxara, hər hansı müəllif hüququnu, ticarət nişanını və yaxud orijinal materialda və ya Xidmətlərin nəticəsində əldə edilmiş və ya Saytdan köçürülmüş və ya çap edilmiş materiallarda mövcud digər intellektual mülkiyyət göstəricilərini ortadan qaldıra, qaralaya və ya dəyişdirə bilmərsiniz. İntellektual mülkiyyət hüququnu pozan, hədə, böhtan, pornoqrafik xarakter daşıyan, yoxlanılmamış, yanlışlığa sövq edən, təhqiramiz, nalayiq, skandal, təhrikçi, hörmətsiz materialların və ya Azərbaycan Respublikasının qanunvericiliyini pozan və qanunsuz olan davranışa səbəb olan və yaxud təhrik edən bu kimi başqa materialların yerləşdirilməsi və ya verilməsi üçün Saytdan istifadə etmək qadağandır!

Genparts.az © 2024 All Rights Reserved.