"Hyundai Construction" şirkəti 1970-ci və 80-ci illərdə Koreyalı fəhlələrin müxtəlif tikinti layihələrinin reallaşdırılması üçün Yaxın Şərqə göndərilməsində mühüm rol oynamışdır. 1975-ci ildən sonrakı onillik ərzində Hyundai regionda özünün ilk müqaviləsini, Bəndər-Abbas limanında İran hərbi-dəniz qüvvələri üçün tərsanənin tikilməsi üzrə müqaviləni bağlamışdır. Həmin dövrdə 800 000 Koreyalı Səudiyyə Ərəbistanına, 25000 Koreyalı isə İrana işləməyə göndərilmişdir. Hyundai belə fəhlələri işlə təmin edən ən böyük işəgötürən olmuşdur.