+994516428285                    
Search
Generic filters
Manitou
Manitou forklift, teleksopik yükləyici, qondollu yükqaldırıcı maşın və digər ağır texnika istehsal edən Fransa şirkətidir. Şirkət 1957-ci ildə, Marsel Brod kələ-ötür sahələrdə istifadə üçün nəzərdə tutulan ilk forklift yükləyicini layihələndirdikdən sonra Fransada təsis edilmişdir. Mərkəzi şöbəsi Anseni şəhərində yerləşir.
Manitou” şirkətlər qrupunun istehsal xətləri kələ-kötür sahələrdə istifadə üçün nəzərdə tutulan sabit və ya fırlanan oxlu, ağır tonnajlı teleskopik yükləyicilər; kələ-kötür sahələr, yarım-sənaye və sənaye müəssisələrində istifadə olunan forkliftlər, təkərli və rels üzərində hərəkət edən yükləyicilər, şarnirli yükləyicilər, yükləyici ekskavatorlar, hündürlükdə işləmək üçün platformalar, avtomobilə quraşdırılan forkliftlər, anbar avadanlığı və qoşma detallar buraxır.
Məhsulları 140 ölkədə 1050 diler şəbəkəsi vasitəsi ilə satılan qrupun üç aparıcı brendi “Manitou”, “Gehl” və “Mustang” müştərilər üçün ən böyük dəyər yaratmağa imkan verən ən yaxşı həllərdir.
“Manitou” qrupunun 2019-cu ildə bəyan etdiyi gəliri 2,1 milyard avro olmuşdur. Onun 79 faizi Fransa xaricində formalaşmışdır. Qrupa hazırda 30 şirkət daxildir. İşçilərinin ümumi sayı 4600 nəfərdir.
Şirkət üç əsas struktur bölməsindən ibarətdir: HA (Materialların yüklənməsi-boşaldılması və ötürülməsi), CEP (Kompakt avadanlıq) və S&S (Servis xidmətləri və həllər).
Praktiki nöqteyi-nəzərdən müştərilərə yaxın ərazidə yerləşmək və onların ehtiyaclarına uyğun xidmətlərin göstərilməsi məqsədi ilə dünyanın müxtəlif regionlarında 11 istehsal obyekti və ehtiyat hissələrinin tədarükünü həyata keçirən 8 maddi-texniki təchizat mərkəzi fəaliyyət göstərir.
Manitou ehtiyat hissələri